Xəzər Xəbər

Bakıda kişi qətlə yetirilib, həyat yoldaşı saxlanılıb VİDEO

Veb TV | 21:20 • 24 Oktyabr 2024
Bakıda kişi qətlə yetirilib, həyat yoldaşı saxlanılıb

Kişi yaşadığı evdə qətlə yetirilib, hadisədə şübhəli kimi həyat yoldaşı saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət səhər saatlarında paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində baş verib.

Çoxmərtəbəli binanın 17-ci mərtrəbəsində 38 yaşlı Hacı Mahmudovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal istintaq qrupu hadisə yerinə və meyitə baxış keçirib.

Bina yeni istifadəyə verildiyindən hələki qonşuların bir-birləri ilə münasibətləri yoxdur. Amma hadisəni eşitdiklərini deyirlər.

37 yaşlı Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində tutulub. 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda ''qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda'' maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti