Xəzər Xəbər

Vaxtının çoxunu Şuşada keçirən Polad Bülbüloğlu "Qələbə" marşı yazmağa hazırlaşır VİDEO

Veb TV | 19:34 • 23 Oktyabr 2024
Vaxtının çoxunu Şuşada keçirən Polad Bülbüloğlu "Qələbə" marşı yazmağa hazırlaşır

"Vaxtımın çox hissəsini Şuşada keçirirəm. Şəhərə gələn qonaqların da sayı artır".

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri ötən ay Şuşanın millət vəkili seçilmiş xalq artisti Polad Bülbüloğlu bildirib.

Millət vəkili qeyd edib ki, Şuşada təmir-bərpa, tikinti işləri davam edir, şəhər günü-gündən dəyişir.

Deputat həmçinin "Qələbə" marşı yazmağa hazırlaşdığını deyib.

Deputat azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Şuşada abadlıq-quruculuq işlərinin bundan sonra da sürətlə davam etdiriləcəyini bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti