Xəzər Xəbər

Yağışın fəsadları hələ də qalmaqdadır VİDEO

Veb TV | 20:56
Yağışın fəsadları hələ də qalmaqdadır

Qeyri-sabit hava şəraitindən sonra bəzi ərazilərdə fəsadlar hələ də qalmaqdadır.

Xezerxeber.az-ın məlumatına görə, Xəzər rayonu, Südçülük savzovu, "Karyer" adlanan ərazidə intensiv yağıntı nəticəsində evlərə və həyətlərə ciddi zərər dəyib.

Bənzər mənzərə Sabunçu rayonu, Zabrat qəsəbəsindəki Kamran Qasımov və Tofiq Quliyev küçələrində də yaşanır. Aramsız yağışlar küçələri keçilməz hala salıb.

Su küçələrlə yanaşı, evlərdə də fəsadlar törədib.

Sakinlərin sözlərinə görə, bu cür vəziyyətin yaranmasına səbəb küçədə kanalizasiya xətlərinin olmamasıdır. Bildirdilər ki, ərazidə kanalizasiya xətləri olsa da, bu küçəyə çəkilmir.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, Zabrat qəsəbəsinin Kamran Qasımov və Tofiq Quliyev küçələrində, eləcə də Ramana qəsəbəsi, 137 saylı məktəbin yolunda yığılan yağış sularını ərazidən kənarlaşdırmaq üçün sukanal idarəsinin qəza briqadaları müvafiq işlər görürlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar