Xəzər Xəbər

Bakıda aktyor və həyat yoldaşı qətlə yetirilib VİDEO

Veb TV | 20:54
Bakıda aktyor və həyat yoldaşı qətlə yetirilib

Bakıda aktyor və həyat yoldaşı yaşadıqları evdə qətlə yetirilib.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət ötən gecə paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində baş verib.

Ərazi üzrə polis bölməsinə məlumat daxil olub ki, yaşlı ər-arvad evdə qətlə yetiriliblər. Dərhal istintaq qrupu hadisə yerinə baxış keçirib.

Qətlə yetirilən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Həyat yoldaşı isə pedaqoq olub.

Daxili İşlər Naziliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı İslam Hadıyev müəyyən olunaraq saxlanıb. İstintaq qrupu hadisənin tamah məqsədi ilə törədildiyini ehtimal edir. Qonşular deyirlər ki, həmin vaxt səs eşitməyiblər, hadisədən əraziyə polis gəldikdən sonra xəbərləri olub. 

Hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıb, ibtidai istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar