Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb.
Xezerxeber.az xəbər verir ki, yaxın günlərdə qrupun iclası keçiriləcək.
Bəs qrup hansı işləri görəcək?. Qarşıya qoyulan hədəflər nələrdir?
Millət vəkili Naqif Həmzəyev deyir ki, qrupun yaradılması Qərbi Azərbaycan məsələsinin qanunvericilik aspektləri ilə yanaşı, parlament diplomatiyası xətti ilə də effektiv şəkildə davam etdirilməsinə imkan verəcək.
Millət vəkilinin sözlərinə görə, Qərbi Azərbaycandan qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu bərpası üçün bu Qrup çərçivəsində də müəyyən addımlar atılacaq.
Qeyd edək ki, Milli Məclis sədrinin sərəncamında Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun vəzifə və səlahiyyətləri də öz əksini tapıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.