Bakıda yağışın fəsadları ali təhsil müəssisələrindən də yan keçməyib.
Xezerxeber.az-ın xəbərinə görə, Rəssamlıq Akakdemiyasının mətbuat katibi bildirib ki, bina sonuncu dəfə 2012-ci ildə təmir edilib.
Pedaqoji universitetdə də vəziyyət ürəkaçan olmayıb. Dərs zamanı auditoriyaya su damıb.
Universitetdən "Xəzər Xəbər"ə bildirilib ki, hadisə 3-cü korpusun binasında baş verib. Hazırda təmir işləri aparılır.
Bundan başqa Xəzər Universitetinin yeməkxanasını da suyun basdığına dair görüntülər yayılıb.
Universitetin mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı tədbir görülür. Kanalizasiya boruları dolub, su oradan içəri keçib. Yeməkxananın içində təxminən 20 sm hündürlüyündə su olub.
Lakin, korpusun başqa yerlərində heç bir problem yoxdur. Hazırda universitetdə tədris prosesinin davam etdirildiyi bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.