Aramsız yağan yağış Abşeronun Xırdalan şəhərində kanalizasiya sularının daşması ilə nəticələnib. Evlər və həyətlər su içində qalıb.
Xezerxeber.az xəbər verir ki, bəzi ərazilərdə suyun hündürlüyü bir metrə qədər qalxıb.
Kanalizasiyanın daşması və küçələrin sularına qərq olması təkcə insanların deyil, avtomobillərin də hərəkətini çətinləşdirib.
Abşeron su və melorasiya sistemləri idarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, yağıntının həddən çox olması bu cür vəziyyət yaradıb.
Aidiyyəti qurumlar yerlərdə suyun çəkilməsi işlərinə başlayıblar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.