Yağış suları küçələri keçilməz hala saldı, bəzi evlər su altında qaldı...
Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxt Bakının müxtəlif ərazilərində qeydə alınıb. Buzovnada vəziyyət o həddə çatıb ki, insanlar yolu keçmək üçün gecə saatlarında traktordan istifadə ediblər.
Yağış sularına qərq olan küçələrdə nəinki piyadaların, hətta avtomobillərin də hərəkəti çətinləşib.
Maştağa sakinləri deyir ki, hər qış eyni çətinliyi yaşaylırlar, lakin bu dəfə vəziyyət həmişəkindən daha betər olub.
Xəzər rayonu Binə qəsəbəsində bəzi evlərə yağış suları dolub.
Bəzi ərazilərdə sakinlər suyu evdən özləri təmizləməyə çalışıblar.
Xəzər rayonunun Mərdəkan, Şüvəlan qəsəbələrində də eyni vəziyyət yaşanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.