Xəzər Xəbər

Güclü yağış nəticəsində tuneldə boğulanların yaxınları DANIŞDI VİDEO

Veb TV | 21:15
Güclü yağış nəticəsində tuneldə boğulanların yaxınları DANIŞDI

Sabunçu rayonunda yağış suları ilə dolmuş tuneldə boğulan 2 nəfərin meyidi sudan çixarılıb.

Xezerxeber.az xəbər verir ki, tuneldə qalıb görüntülərini qohumlarına göndərən bu şəxslər  1976-cı il təvəllüdlü  Elnur  Şirinov və  1995-ci il təvəllüdlü  Köçəri Abbasovdur. Bu onların sonuncu görüntüləri olub.

Hadisə şahidləri bildirdilər ki, hadisə gecə 2-3 radələrində baş verib. 3 nəfər köməksiz halda qalıb, biri üzərək xilas ola bilib, ancaq qalanları boğulub. Onları xilas etmək istəyən şəxslər də buna nail ola bilməyiblər.

Ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən davam etdirilən axtarış-xilasetmə işləri nəticəsində ilk olaraq Elnur Şirinovun sonra isə  Köçəri  Abbasovun cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verildi.

Əraziyə Əraziyə Fövqəladə Hallar Naziri Kəmallədin Heydərov, Bakı şəhər  İcra Hakimiyyətinin başçısı Eldar Əzizov gəliblər.

Fakt ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar