Xəzər Xəbər

Bölgələrdə ağır qəzalar can aldı VİDEO

Veb TV | 22:00 • 22 Oktyabr 2024
Bölgələrdə ağır qəzalar can aldı

Minik avtomobilinin yük maşınına çırpılması 3 nəfərin ölümü ilə nəticələnib...

Xezerxeber.az xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax yolunun Ucarın Alpout kəndindən keçən hissəsində baş verib.

Rayonun Qazıqumlaq kənd sakini, 32 Aytən Qüdəssərovanın idarə etdiyi minik avtomobili öndə gedən yük maşınına çırpılıb. Qəza zamanı minik avtomobili alovlanıb və tamamilə yanıb.

Sürücü Aytən Qüdəssürova, sərnişinləri - Ucar sakinləri 63 yaşlı Gülsurə Hüseynova və 39 yaşlı Asim Allahverdiyev hadisə yerində ölüblür. 17 yaşlı qız isə  xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Sabirabadda isə piyada vurulub. Hərəkətdə olan minik avtomobili yolu keçən rayonun Əhmədabad kənd sakini Şəhla Sayfaddinovanı vurub. Xəsarət alan piyada sürücü tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Sumqayıtda da piyadanın ölümü ilə nəticələnən avtoqəza baş verib. Şəhərin Sülh prospektində yolu keçmək istəyən 88 yaşlı Abbas  Hüseynovu avtomobil vurub. Piyada hadisə yerində ölüb.

Bütün faktlarla bağlı araşdırma aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti