Xəzər Xəbər

Şamaxı sakininin qəzalı vəziyyətə düşən evinin tikintisi 1 ildir niyə tamamlanmır? – RƏSMİ CAVAB VİDEO

Veb TV | 20:50 • 22 Oktyabr 2024
Şamaxı sakininin qəzalı vəziyyətə düşən evinin tikintisi 1 ildir niyə tamamlanmır? – RƏSMİ CAVAB

2019-cu ildə Şamaxıda baş verən zəlzələ zamanı Muğanlı kənd sakini Səfər Cəfərovun evi də qəzalı vəziyyətə düşüb.

Xezerxeber.az xəbər veri ki, hadisədən sonra aidiyyəti qurumlar yoxlamaq aparıb və yeni evin tikintisinə qərar verilib. Ev tikilməyə başlasa da, bir ildən çoxdur ki, yekunlaşmır. Ailə üzvləri yarımçıq qalan evə görə əziyyət çəkirlər.

Ev sahibi tikintini həyata keçirən şirkətə müraciət ünvanlasa da, hələ ki nəticə yoxdur.

Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, zəlzələ baş verən vaxt Fövqaladə Hallar Nazirliyinin komisiası rayona ezam olunub və həmin evin yenidən tikilməsinə rəy verilib. Evin inşası da podratçı şirkətə həvalə edilib.

Həmin həmin şirkətdən isə "Xəzər Xəbər"ə məlumat verildi ki, ötən ilin may ayında evin tikintisinə start verilib. Hazırda evin daxili və çöl işləri tamamlanıb. Müəyyən işlərdə ləngiməy səbəb isə son günlərdə yağan yağışlardır. Yaxın günlərdə evin təhvil verilməsi nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti