Xəzər Xəbər

Bələdiyyələrin fəaliyyəti niyə gözə dəymir? VİDEO

Veb TV | 15:45 • 21 Oktyabr 2024
Bələdiyyələrin fəaliyyəti niyə gözə dəymir?

Kimi fəaliyyətindən xəbərsiz olduğunu deyir, digəri isə yalnız adını eşidib. Deyilənlər yerli özünü idarə orqanı hesab olunan bələdiyyələr haqqındadır. Vətəndaşların sözlərinə inansaq, deyə bilərik ki, bu təşkilatların bir çoxu nə özlərini idarə edə, nə də yerlərdəki problemləri həll edə bilir. 

Zaqatala  sakinləri deyirlər ki, əkin sahələrindən istifadə və digər hallarda bələdiyyə hesabına müəyyən məbləğ  ödəyirlər. Ancaq  hansısa ciddi problemin həllində qurumun fəaliyyəti ya gözə dəymir, ya da elə gözdən pərdə asmaq üçün olur.

Tovuz sakinləri də bələdiyyələrin fəaliyyəti haqda fərqli fikirlər səsləndiriblər.  Onlardan bəziləri müəyyən işlərin görüldüyünü desələr də, ümumiyyətlə sədr və ya üzvləri tanımayanlar da az deyil.

Millət Vəkili Fazil Mustafa deyir ki, yerlərdəki problemlərin həllində bələdiyyələrin rolu xeyli zəifdir. Funksiyalar artırılmadığı halda bu orqanlardan ciddi fəaliyyət gözləmək mümkün deyil.

Fazil Mustafanın sözlərinə görə, son vaxtlar bir sıra bələdiyyələrin ləğv edilərək digərlərinə birləşdirilməsi müəyyən qədər onların işində mobilliyi təmin edəcək. Eyni zamanda bələdiyyələrin tabeliyindəki ərazilərin dəqiqləşdirilməsi işində olan boşluqlar da aradan qalıdırlmalıdır.

Millət vəkili onu da əlavə edib ki, sayın azaldılması yerli bələdiyyələrə daha geniş ərazilərə nəzarət imkanı verir ki, bu da gələcəkdə onlar üçün yeni imkanlar yaradacaq. Elə biz də ümid edirik ki, illərdir insanların daha çox torpaq sataraq gəlir əldə edən qurum kimi tanıdığı bələdiyyələr bundan sonra sözün əsl mənasında yerli özünü idarə orqanı kimi fəaliyyətə göstərəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti