İsmayıllıda tonlarla meyvə ağaclarda qalıb, ya da yeşiklərdə xarab olur. Fermerlər məhsullarını xarici bazara çıxara bilmirlər.
Xezerxeber.az-ın xəbərinə görə, təsərrüfat sahibləri deyirlər ki, məhsulları sözün əsl mənasında yerdə qalır. Meyvələri xarici bazarla yanaşı, yerli bazarlara da çıxarmaq çətin olub.
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, dövlətin sahibkarın həm əkib-becərməsinə, həm də onun satışına dəstək verməsi qeyri-realdır.
İqtisadçının fikrincə, sözügedən proses sahibkarların öz əlində olan bir məsələdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.