İlk baxışdan hansısa gölə bənzəsə də, yağış sularının Zabratda yaratdığı mənzərədir.
Xezerxeber.az xəbər verir ki, bura Paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi Cəlal Qaryağdı küçəsidir.
Sakinlər deyirlər ki, sözügedən bu ərazidə kanalizasiya xəttinin olmaması səbəbindən yağış suları məhəlləyə, həmçinin burada yerləşən evlərin həyətlərinə dolur.
Sakinlər deyirlər ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Elə buna görə də ərazidəki suyun çəkilməsini öz büdcələri hesabına həyata keçiriblər.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, iş günü olmadığından məsələ ilə bağlı açıqlama vermək mümkün olamayacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.