ABŞ-ın yaratdığı media toru dünyada yalanın və ədalətsizliyin ən böyük piarçısı qismində çıxış edir. Elə Azərbaycan əleyhinə "Vashington Post" nəşrində dərc olunan məqalə də bu sırada yer alır.
Xezerxeber.az-ın xəbərinə görə, politoloq Tural İsmayilov deyir ki, yalan, təhqir, dezinformasiya materialları çap etməkdə ixtisaslaşan "Vashington Post"da bu tipli sifarişli yazılar adətən ABŞ Dövlət Departamentində hazırlanır. Elə bu yaxınlarda 60 konqresmenin adından Dövlət katibi Blinkenə ünvanlanmış müraciət də Dövlət Departamentinin hazırlayıb özü-özünə göndərdiyi müraciətdir.
Bu məqalələr, müraciətlər COP29 ərəfəsində ABŞ-nin Azərbaycana qarşı açdığı informasiya müharibəsinin tərkib hissəsidir. Təəssüf ki, Bayden administrasiyası diqqəti ölkəsinin problemlərinin həllinə, siyasi terrorun qarşısının alınmasına, demokratik seçkinin keçirilməsinə yönəltməkdənsə, dünyanı qarışdırmağa, ölkələri qan içində boğmağa üstünlük verir, əli çatmayan Azərbaycan kimi ölkələri də informasiya müharibəsinin hədəfinə çevirir.
"Vashington Post"da daxil olmaqla Qərb mediasının bu gün erməni lobbisinin yalanında alətə çevrilməsi əslində ABŞ mətbuatın hansı səviyyədə olduğunu bir daha nümayiş etdirmiş oldu.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.