Xəzər Xəbər

Qiyabi formada magistr təhsili almaq bərpa oluna bilərmi? VİDEO

Veb TV | 20:40 • 20 Oktyabr 2024
Qiyabi formada magistr təhsili almaq bərpa oluna bilərmi?

İnkişaf etmiş bir sıra ölkələrdə magistraturada qiyabi təhsil forması tətbiq edilsə də, ölkədə tədrisin bu forması həyata keçirilmir.

Xezerxeber.az-ın xəbərinə görə, təhsil ekspertləri bildirirlər ki, Azərbaycanda magistratura pilləsi üzrə qiyabi təhsil formasının olmaması işləmək istəyən şəxslər üçün ciddi problemdir, çünki qiyabi təhsil almaqda daha çox işləyən şəxslər maraqlıdır. Magistratura səviyyəsində dərslərin gec saatlarda başlaması isə  bəzi təhsilalanların bu istəyinə mane olur

Təhsil eksperti Rizvan Fikrətoğlu onu da bildirib ki, hal-hazırda sadəcə magistraturada 1 ixtisas üzrə qiyabi təhsil forması həyata keçirilir. Digər ixtisasların da bu siyahıya əlavə edilməsi üçün tədris proqramlarında müəyyən dəyişikliklər edilməlidir

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə isə "Xəzər Xəbər"ə açıqlamasında qiyabi təhsilin tərəfdarı  olmadığını  bildirib. Qiyabi  təhsil vaxtı ilə mütəxəssis  çatışmadığı  dövrdə  həyata keçirilib. Onun uğurları ilə yanaşı uğursuz  məqamları da  çox olmuşdur. “Lakin distant formada magistraturaya qəbulun həyata keçirilməsi məqsədəuyğun hesab edilə bilər”, -deyə Hikmət Əlizadə deyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar