Xəzər Xəbər

Bakıda su kollektorunun üzərində tikilən və uçma təhlükəsi yaranan villanın sahibi açıqlama verdi VİDEO

Veb TV | 21:14 • 19 Oktyabr 2024
Bakıda su kollektorunun üzərində tikilən və uçma təhlükəsi yaranan villanın sahibi açıqlama verdi

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov 11 ünvanında bir həftə əvvəl həyəti çökən ev üçün ciddi təhlükə yaranıb.

Xezerxeber.az-ın məlumatına görə, ev sahibi Məcnun Məmmədov deyir ki, 2006-cı ildə bu evi alıb.

Həmin fərdi yaşayış evi onun şəxsi mülkiyyətindədir və çıxarışı var. O bildirir ki, bu ayın 12-də gecə saatlarında həyətdə çöküntü yaranıb. Məlum olub ki, buna səbəb evin həyətyanı sahəsində yerin altından keçən boruda baş verən su sızıntısıdır. Ev sahibinin sözlərinə görə, həmin sızıntının fəsadlarını günlərdir ki, aradan qaldırılmayıb. Nəticədə onun evi üçün də uçma təhlükəsi yaranıb.

Ev sahibi artıq orada yaşamadıqlarını deyir. Bildirir ki, aidiyəti qurumlar onları düşdükləri vəziyyətdən çıxarmağa kömək etməlidir. 

Çəkiliş apardığımız zaman bildirildi ki, fəsadların aradan qaldırılması üçün gücləndirilmiş iş aparılır. Artıq digər qonşunun həyətyanı sahəsində istinad divarı da sökülüb. Qazıntı işləri davam edir.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, həmin ünvanda idarənin istismarında olan 7 metr dərinlikdəki və qutu tipli kollektorun üzərində tikinti norma və qaydalarının tələbləri pozulmaqla fərdi yaşayış evi tikilib.   İkimərtəbəli tikilinin inşası kollektorun boru və qurğularına texniki qulluğu qeyri-mümkün edir. Məlumat daxil olduqdan sonra qəza-bərpa dəstələri dərhal əraziyə cəb edilib, fasiləsiz iş rejimində qəzanın-bərpa işlərinin icrasına başlanılıb. Ərazi münasib yer olmadığına görə xətlərin tapılıb üzə çıxarılması və təmirə başlanılması işi uzanır.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, həmin ev şəxsi mülkiyyətdir. Bununla belə, hadisə baş verən kimi əraziyə baxış keçirilib. Bütün qurumlara məlumat verilib. Hazırda bərkitmə işlər gedir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar