Gəncədə ötən gün partlayış baş verən binadan sakinlərin köçürülməsinə başlanılıb. Onlar yeni mənzillə təmin edilənə qədər kirayədə qalacaqlar.
Xezerxeber.az-ın məlumatına görə, Gəncədə beşmərtəbəli binada baş vermiş qaz partlayışı nəticəsində mənzilləri qəzalı vəziyyətə düşən sakinlərin çoxunun əşyası da istifadə üçün yararsızdır.
Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin məişətlə bağlı problemləri və yaralıların müalicəsi diqqət mərkəzində saxlanılır. Hazırda onların kirayə evlərə yerləşdirilməsi işləri davam etdirilir.
Binanın dayanıqlığı yoxlanıldıqdan sonra sökülməsi, yoxsa təmir olunması ilə bağlı müvafiq qərar veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.