Gürcüstandan olan bir qrup nümayəndə heyəti Xankəndi şəhərini gəzib.
Xezerxeber.az-ın məlumatına görə, qonaqlar şəhərdə aparılan bərpa işləri ilə tanış olublar.
Nümayəndə heyəti Qarabağ Universitetini və stadionu, tarixi və mədəniyyət abidələrini ziyarət ediblər.
Gürcüstanlı qonaqlar Ağdama da səfər ediblər. Onlar Ermənistanın işğal illərində törətdiyi dağıntılar, aparılan yenidənqurma və tikinti işləri ilə tanış olublar. Bundan başqa, qonaqlar bərpa edilmiş Ağdam məscidini və Şəhidlər xiyabanını ziyarət ediblər.
Qeyd edək ki, Gürcüstandan Azərbaycana üç qrup gəlib. 30 nəfərlik heyətdən ibarət qruplar bölgədə aparılan tikinti-bərpa işləri və tarixi abidələrlə tanış olurlar. Qonaqların azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.