Bakıda bir müddət əvvəl qazılan yol asfaltlanmadan saxlanıb.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Xətai rayonu, Əhmədli Qəsəbəsi, Seyid Mir Həsənağa və Balaxan Süleymanov küçələrinin kəsişməsindən gedir.
Sakinlər deyirlər ki, bir müddət öncə kanalizasiya xəttinin çəkilməsi üçün qazılan yol indi həm piyadaların, həm də nəqliyyat vasitələrinin gediş-gəlişində çətinlik yaradır.
Ərazidə yaşayan sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən ərazidə bir neçə ay əvvəl kanalizasiya sistemi qurulduğu üçün yolda qazma işləri aparılıb. Həmçinin hazırda da məhəllənin digər hissələrində kanalizasiya sistemi çəkildiyindən asfaltlama işləri görülmür. İşlər bitdikdən sonra qısa müddətdə bütün hissələrdə asfaltlama aparılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.