Gəncədə İsax Cəfərov küçəsində yerləşən binada güclü partlayış baş verib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saat 6 radələrində beşmərtəbəli binanın 4-cü mərtəbəsində, 46 saylı mənzildə baş verib.
Sakinlər hadisənin dəhşətli səs və dağıntı ilə müşayiət olunduğunu deyirlər.
İlkin ehtimala görə, qaz sızması səbəbindən baş verən partlayış nəticəsində mənzillərə ciddi ziyan dəyib, ölən və yaralananlar olub.
Partlayış nəticəsində 62 yaşlı Mehriban Haşıyeva və 44 yaşlı Könül Xudaverdiyeva həyatını itirib. 4 nəfər - 20 yaşlı Nuranə Əliyeva, 25 yaşlı Firuzə Yusibova, 33 yaşlı Bəxtiyar Orucov və onun oğlu Əsəd Orucov xəsarət alıblar. Yaralılara xəstəxanada tibbi yardım göstərilib.
Qeyd edək ki, partlayış baş verən binanın söküləcəyi və ya bərpa ediləcəyi ilə bağlı FHN-in müvafiq qurumları tərəfindən qərar veriləcək. Evsiz qalan sakinlər isə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən kirayə mənzillərə yerləşdiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.