Bakıda bir neçə küçə və prospektdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Buna səbəb COP29-a hazırlıqla əlaqədar bəzi yollarda monitorinqlərin aparılmasıdır.
Xezerxeber.az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, məhdudlaşdırma oktyabrın 19-dan 20-nə keçən gecə saat 2 radələrindən 6 radələrinədək tətbiq ediləcək.
4 saatlıq məhdudlaşdırma ilə əlaqədar sürücülərə bir neçə alternativ yol təklif edilir. Belə ki, sürücülər Hava limanı istiqamətinə alternativ yol kimi 8 Noyabr prospektindən Zığ yoluna keçməklə, eləcə də Heydər Əliyev prospektində köməkçi yol ilə Bakıxanov qəsəbəsindən keçməklə hərəkət edə bilərlər.
Şəhərin mərkəzinə doğru isə sürücülər Mikayıl Müşfiq, Abdulla Şaiq, Mirzağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrindən keçməklə daxil ola bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.