Xəzər Xəbər

COP29-un keçiriləcəyi günlərdə 38 dövlət qurumunda iş rejimi dəyişəcək VİDEO

Veb TV | 19:34 • 18 Oktyabr 2024
COP29-un keçiriləcəyi günlərdə 38 dövlət qurumunda iş rejimi dəyişəcək

"COP29-un keçirildiyi zaman Bakı sakinlərinə evdən çıxmaqla bağlı hər hansı bir məhdudiyyət olmayacaq".

Xezerxeber.az-ın məlumatına görə, bunu COP29-un baş icraçı direktoru Elnur Soltanov bildirib.

Konfransın keçiriləcəyi 11 gün ərzində isə 38 dövlət qurumunda iş rejimi dəyişəcək. Bununla bağlı bu il avqust ayında Nazirlər Kabineti müvafiq tapşırıq verib.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə dövlət orqanlarındakı işçilərin sayı ən çoxu 30 faiz müəyyən ediləcək və işçilərin qalan 70 faizi məsafədən (evdən) işləyəcək. Dövlət qurumlarında əməkdaşların qrafiki müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb ediləcəklər.

Hələ ki, özəl sektorun iş rejimi ilə bağlı hansısa qərar qəbul edilməyib, lakin beynəlxalq təcrübəyə görə, özəl sektora yalnız tövsiyə verilə bilər.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq təhsil müəssisələrinin fəaliyyətinin təşkili də dəyişdiriləcək. Məktəblərdə noyabrın 12-dən 22-dək payız tətili olacaq. Bağçalar isə fəaliyyətini olduğu kimi davam etdirəcək.

Ali təhsil müəssisələri isə bu müddət ərzində onlayn təhsilə keçəcək. Həmçinin peşə məktəblərində də dərslər distant formada keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar