Bakıda yaşlı kişi günlərdir ki, küçələrdə yaşayır.
Xezerxeber.az-ın məlumatına görə, 70 yaşlı Nazim Əsgərzadə deyir ki, ali təhsillidir və uzun illər dənizdə çalışıb. Amma indi bəzən küçələri yığışdıraraq qazanc əldə edir.
İki gündür ki, küçələrdə qalır.
Nazim Əsgərzadə deyir ki, ailəsi və 46 yaşlı oğlu var, amma onunla birlikdə yaşamır. 70 yaşlı müsahibimiz bacı-qardaşı ilə birlikdə yaşadığını, bəzən isə belə küçələrdə də qaldığını bildirir.
Ətrafdakı insanların sözlərinə görə, kimsəsiz və baxımsız olduğunu görənlər ona yemək və yorğan-döşək veriblər.
Çəkiliş apardığımız vaxt Sosial Xidmətlər Agentliyinə müraciət etdik. Agentliyin əməkdaşları da əraziyə gəldilər.
Mütəxəssislər tərəfindən ahıl kişinin vəziyyəti qiymətləndirilib və onun sığınacağa yerləşdirilməsi istiqamətində işlər görülüb. Daha sonra onun ailə üzvləri tapılıb və bacısı ilə əlaqə yaradılıb. Onlar Nazim Əsgərzadəni 2 gündür ki, axtardıqlarını bildiriblər. Bacısı onun olduğu yerə gələrək öz evinə aparıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.