Xəzər Xəbər

Ali məktəblərdə tədris proqramlarına yenidən baxılmasına ehtiyac var VİDEO

Veb TV | 23:24 • 17 Oktyabr 2024
Ali məktəblərdə tədris proqramlarına yenidən baxılmasına ehtiyac var

"Ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçilməməlidir".

Xezerxeber.az-ın məlumatına görə, bunu Bakıda keçirilən forumda elm və təhsil naziri Emin Əmrullayev deyib.

Tələbələr də ali təhsil müəssisələrində proqramların yenilənməsinə ehtiyac olduğunu bildirirlər. Onlar ixtisaslarına birbaşa aid olmayan bəzi fənlərin tədris edildiyini deyirlər.

Təhsil ekspertləri isə bildirirlər ki, 4 il ərzində ali təhsil müəssisələrinin həm bakalavr, həm də magistratura səviyyəsində tələbələrin əmək bazarında peşəkar inkişafına xüsusi töhfə verməyən bəzi fənlər tədris olunur. 

Təhsil eksperti Kamran Əsədov deyir ki, belə fənlərin ümumi proqramdan çıxarılmasına və tələbələrə ixtisaslarına uyğun seçmə fənlərin təklif edilməsinə ehtiyac var. 

Ekspert həmçinin qeyd edib ki, inkişlaf etmiş bir sıra ölkələrdə tədris proqramlarını tələbələrin özlərinin seçməsinə və praktiki bacarıqları artıracaq fənlərin tədrisinə şərait yaradılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar