Xəzər Xəbər

Son günlər baş verən zəlzələlər insanlarda narahatlıq yaradıb - Təşvişə əsas varmı? AÇIQLAMA/VİDEO

Veb TV | 21:24 • 17 Oktyabr 2024
Son günlər baş verən zəlzələlər insanlarda narahatlıq yaradıb - Təşvişə əsas varmı?

Türkiyədən dünəndən etibarən ardıcıl zəlzələ xəbərləri gəlir. Qardaş ölkə bu gün yenidən silkələnib.

Xezerxeber.az-ın məlumatına görə, 5 gün öncə Xəzər dənizində 3.8, dünən isə 3.1 bal gücündə zəlzələ baş verib. Bu xəbərlər istər-istəməz ölkəmizdə də insanlarda narahatlıq yaradıb.

Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Xəzər Xəbər"ə açıqlamasında deyib ki, Türkiyəni Ərəbistan plitəsi bir tərəfdən, Afrika plitəsi digər tərəfdən, Avrasiya tektonik plitəsi isə başqa istiqamətdən sıxır. Yəni, Türkiyə Azərbaycanla müqayisədə seysmo-aktiv bölgədə yerləşir və buna görə də orada tez-tez güclü zəlzələlər baş verir. Onun sözlərinə görə, bu zəlzələlər nəticəsində laylarda yeni parçalanmalar əmələ gəlir ki, bunlar da hamısı hərəkətlidir.

Qurban Yetirmişli deyir ki, ölkəmizdə sonuncu hiss olunan zəlzələ 2 gün öncə Cəlilabadda qeydə alınıb. Ancaq xırda təkanlar hər gün baş verir. Elə gün olur 30, bəzi günlər 15, bəzən 40 təkan qeydə alınır.

Baş direktor onu da qeyd edib ki, ölkəmizdə xırda təkanlar hər gün baş versə də, dağıdıcı zəlzələlər proqnozlaşdırılmır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar