Xəzər Xəbər

Tovuzda zavodda güclü yanğın baş verib VİDEO

Veb TV | 21:10
Tovuzda zavodda güclü yanğın baş verib

Tovuzda zavod binasında güclü yanğın olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Qovlar şəhərində fəaliyyət göstərən "Qoşqar" MMC-yə məxsus şərab zavodunda baş verib.

Dərhal əraziyə yanğından mühafizə hissəsinin qüvvələri ilə bərabər, hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili tibbi yardım briqadaları cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş tədbirlər sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilməyib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zavod ərazisində baş verən yanğın tam söndürülüb. 

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar