Astarada bağlarda kütləvi şəkildə zərərverici həşəratlar yayılıb. Nəticədə meyvə ağaclarında xəstəlik yayılıb.
Xezerxeber.az-ın məlumatına görə, astaralı fermerlər ziyanvericiləri bitkilər üçün ən təhlükəli həşəratlardan hesab edirlər. Bu həşəratlar ağacın yarpaqlarının və təzə pöhrələrin üzərində oturur, yarpağın üz şirələrini sovuraraq qurumasına səbəb olur.
Fermerlərin digər bir şikayəti isə dərmanların keyfiyyəti ilə bağlıdır. Belə ki, bağlarda yaranan xəstəliklərə görə bazarlarda saxta dərman peraparatları da artıb.
Bioloq Yunus Qulamov bağlarda yaranan xəstəliklərin fəsadlarından danışıb. O bildirib ki, yayılan xəstəlik meyvənin üst qatını zədələyir və onun çürüməsinə səbəb olur. Həmçinin xəstəlik səbəbindən meyvənin keyfiyyəti düşür.
Problemlə bağlı Astara Dövlət Aqrar İnkişaf Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin direktoru Etibar Abbasov bildirdi ki, rayonun Şiyəkəran kəndində sitrus bağlarında müşahidə olunan zərərvericilər yastıcalardır. Zərərvericilər sitrus bağlarına dərmanlama işləri vaxtında və düzgün aparılmadığı üçün yayılıb və ağaclara ziyan vurub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.