Xəzər Xəbər

Universitetlərdə dərs saatları niyə eyni vaxtda başlayır? VİDEO

Veb TV | 15:25 • 17 Oktyabr 2024
Universitetlərdə dərs saatları niyə eyni vaxtda başlayır?

Ali təhsil müəssisələri dərs saatlarını dəyişməklə yollarda yaranan tıxacların və ictimai nəqliyyatlarda sıxlığı qismən azalda bilər. Bunu təhsilin inkişaf forumunda çixişi zamani elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Bəs ali təhsil müəssisələri niyə bu addımı atmırlar?

Təhsil nazirliyindən verilən açıqlamada bildirilir ki nazirlik tərəfindən qəbul planını müəyyən edilir və  tədris planları təsdiq edilir. Dərs saatlarını, imtahanların formatını universitetlər müstəqil müəyyən edirlər.

Baloniya sistemi ilə ali təhsil müəssisələrinin dərs saatlarını öz istədikləri kimi başlaya bilmək kımı hüququları var, lakin bir çox universitetlər bu hüquqdan tam istifadə etmir. Bu, bir sıra səbəblərlə əlaqələndirilir. Ali təhsil ocaqları dərs saatlarının standart qrafiklərə uyğun keçirilməsini üstün tuturlar. Buna səbəb olaraq isə Universitetlərdə tədrisin üç növbədə həyata keçirilməsi göstərilir.

Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nicat Abdullayev deyir ki, dərs saatlarinin başlama saatı universitetin səlahiyyətində olsa da bir sıra səbəblər var ki, bunu tətbiq etmək hazırda mümkünsüzdür

Azərbaycan Dillər Universitetindən isə bildirildi ki, baloniya sisteminin bu imkanından istifadə edilir. Universitetdə dərs saatları dəyişdirilib.

Ekspertlərin sözlərinə görə, "Universitetlər bu hüquqdan istifadədə ehtiyatlı davranırlar, çünki dərs saatlarının həddindən artıq çevikləşdirilməsi idarəçilikdə problemlər yarada bilər. Bəzi hallarda dərs saatlarının dəyişməsi tələbə-müəllim əlaqəsinə və keyfiyyətə də təsir göstərə bilər." Təhsil eksperti Vüsal Kərimli bildirir dünya təcrübəsində bir neçə növbəli tədrsin keçirilməsi yoxdur. Təhsil sərbəst qrafik ilə həyata keçirilir. lakin ölkəmizdə fəaliiyət göstərən təhsil müəssisələrin buna uyğun infrastruktur yoxdu

Hazırda respublika ərazisində 70 minə yaxın tələbə 52 təhsil müəssəsində təhsil alır

"Hər nə qədər Baloniya sistemi ali təhsil müəssisələrinə dərs saatları ilə bağlı geniş səlahiyyətlər versə də, universitetlərin bu hüquqlardan necə və nə dərəcədə istifadə etməsi hələ də müzakirə mövzusudur. Əsas hədəf isə təhsilin keyfiyyətinin qorunmasıdır."

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar