Xəzər Xəbər

Muğanlı-İsmayıllı-Qəbələ yolunda təmir-tikinti işləri nə vaxt yekunlaşacaq? VİDEO

Veb TV | 14:30 • 17 Oktyabr 2024
Muğanlı-İsmayıllı-Qəbələ yolunda təmir-tikinti işləri nə vaxt yekunlaşacaq?

Artıq 4 ilə yaxındır ki, Muğanlı-İsmayıllı-Qəbələ yolunda yenidənqurma işləri aparılır.

Xezerxeber.az xəbər verir ki, təmir-tikinti işləri yol boyu gediş-gəlişi çətinləşdirib.  Bu yoldan mütəmadi istifadə edən sürücülər mövcud vəziyyətdən şikayətlənirlər. Deyirlər ki, mənzil başına çatmaq müşkül məsələyə çevrilib. Ən əsası isə yolların kələ-kötür olması nəqliyyat vasitələrinin sıradan çıxmasına səbəb olur.

İşləri ləngidən səbəbləri öyrənmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumun mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, layihə çərçivəsində görüləcək işlər çoxdur. Texnoloji ardıcıllığa uyğun şəkildə torpaq işləri, qazma, əks-dolğu, yol yatağının tikintisi aparılır. Həmçinin yolda sürüşməyə qarşı dayanıqlığı təmin etmək üçün yamaclara xüsusi material sərilir.

Anar Nəcəflinin sözlərinə görə, ərazidə tunelin inşası da çox vaxt tələb edir. İşlərin hələ ki, ümumilikdə 34 faizi tamamlanıb. Hazırda layihəyə uyğun olaraq yolun digər hissələrində torpaq işləri icra olunur, hərəkət hissəsi genişləndirilir.

Yenidənqurmadan sonra Muğanlı-İsmayıllı-Qəbələ yolunun uzunluğu 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Yol 4 zolaqdan ibarət olacaq. Qeyd edək ki, Təmir-tikinti işlərinin 2025-ci ildə başa çatdırılması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar