Yeni tədris ili bir aydır başlasa da, Azərbaycan Dillər Universitetinin tələbələri təqaüdlərini almayıblar.
Xezerxeber.az xəbər verir ki, tələbələr iyul, avqust, sentyabr, həmçinin oktyabr ayının da tələbə təqaüdünün verilmədiyini bildiriblər.
Azərbaycan Dillər Universiteti həmin təhsil müəssisəsində oxuyan tələbələrin təqaüdlərinin gecikdirilməsinə aydınlıq gətirib. Universitetin mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı "Xəzər Xəbər"ə bildirib ki, tələbələrin təqaüdləri yaxın günlərdə ödəniləcək.
Təhsil üzrə ekspertlərin sözlərinə görə, gecikmə yalnız 1-ci kurs və bakalavriat üzrə təhsil alan tələbələrin təqaüdlərində ola bilər. Çünki onların sənədləşmə işləri təqribən 3 həfətəyə qədər uzanan bilir. Lakin digər tələbələrin təqaüdləri gecikdirilə bilməz. Gecikmə olması bilavasitə universtetin maliyyə məsələləri ilə əlaqədardır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.