''Qərb Gürcüstanda azad seçkilərin keçirilməsini istəmir. Bu parlament seçkiləri Gürcüstanda ən çox xarici təsirin göstərildiyi seçkilər olacaq''.
Bunu Gürcüstanın Strateji Planlaşdırmalar Mərkəzinin rəhbəri Levan Mamaladze ''Xəzər Xəbər''ə müsahibəsində deyib. Gürcü ekspert 26 oktyabr seçkilərinin nəinki Gürcüstan və cənubi Qafqaz, eləcə də orta Asiya üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Ekspert əlavə edib ki, hazırda beynəlxalq aləmdəki bütün böyük güclərin diqqəti bölgədədir. Çin böyük vəsait sərf edərək Orta Asiya, Azərbaycan və Gürcüstandan keçən yeni alternativ ticarət yolunu inkişaf etdirmək istəyir. Lakin bunu istəməyən qüvvələr var.
Məlumat üçün onu da bildirək ki, qonşu Gürcüstanda ilk dəfə Parlament seçkiləri tam proporsional sistemlə elektron qaydada keçiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.