Velosiped və skuter sürənlər bəzi hallarda avtobus zolaqlarının ən sağ hissəsindən istifadə edə bilərlər.
Xezerxeber.az-ın məlumatına görə, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, “Yol hərəkəti haqqında” qanun bunu qadağan etmir. Bunun üçün həmin yolda velosipedçilər və skuter sürənlər üçün zolağın olmaması, avtobus zolağının olması kifayətdir.
Ekspert deyir ki, bütün hallarda yol hərəkəti iştirakçıları diqqətli olmalıdır. Əks halda, xoşagəlməz hal yaşana bilər.
Həmçinin qaydanı pozan şəxslər 40 manat cərimə edilə bilər.
Velosiped və skuter sürücülərinin avtobus zolaqlarından istifadə etmələrinə icazə olub-olmaması ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Agentlikdən isə bildirildi ki, zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Avtobus zolaqlarına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.