Xəzər Xəbər

"Regional Construction Group" MMC-nin işçiləri maaşlarını ala bilmirlər ŞİKAYƏT/VİDEO

Veb TV | 19:34 • 15 Oktyabr 2024
"Regional Construction Group" MMC-nin işçiləri maaşlarını ala bilmirlər

Şamaxıda işçilər aylardır ki, maaşlarını ala  bilmirlər. 

Xezerxeber.az-ın məlumatına görə, "Regional Construction Group" Məhdud Məsuliyyətli Cəmiyyətin icra etdiyi tikintidə işləyən bir qurup sakin iddia edir ki, onların əməkhaqqı ödənilmir.

Vətəndaşların şikayət elədiyi "Regional Construction Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin iş icraçısı Şahin Cələbiyevlə əlaqə saxladıq. O bildirdi ki, işçilərlə yanaşı, ofisdəki əməkdaşların da maaşı verilmir.

Şahin Cələbiyevin sözlərinə görə, maaşların ödənilməməsinin səbəbini o da bilmir. Çünki "Regional Construction Group" MMC-nin rəhbərliyi ilə əlaqə yarada bilmir.

Elə biz də məsələdə adı hallanan MMC ilə əlaqə saxladıq. Lakin bizim zənglərimizə də cavab verən tapılmadı.

O da bildirildi  ki, hazırda "Regional Construction Group"un gördüyü iş dayandırılıb. Sifarişçi işlərin davamını başqa şirkətə həvalə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 

 

Xəbər lenti