Xəzər Xəbər

Paytaxtın drenaj sistemləri yağışlı havalara hazırdırmı? VİDEO

Veb TV | 15:21 • 15 Oktyabr 2024
Paytaxtın drenaj sistemləri yağışlı havalara hazırdırmı?

Hər dəfə bir damcı yağış yağan kimi paytaxt yolları keçilməz olur. Həm nəqliyyatın, həm də piyadaların həkəti iflic vəziyyətə düşür.

Xezerxeber.az-ın xəbərinə görə, mütəxəssis Aqşin Kərimov deyir ki, şəhərsalma zamanı ciddi nöqsanlara yol verilib. Paytaxtın drenaj və kanalizasiya sistemləri düzgün qurulmayıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Katibi Ceyhun Musaoğlu deyir ki, paytaxtda yağış sularının idarəolunmasında yağış və kanalizasiya kollektorlarından istifadə edilir. Həmçinin hər 2 növ kollektor mütəmadi olaraq təmizlənir və daim nəzarətdə saxlanılır. Lakin yağış kollektorlarının az olması problemlərə səbəb olur.   

Qurum rəsmisi həmçinin bildirdi ki, “Bakı və Abşeron yarımadasının içməli su təchizatı,  kanalizasiya  və yağış suları sistemlərinin Master Plan”ına uyğun olaraq paytaxtda yeni kollektorların qurulması nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti