Mübahisə qanla bitdi...
Xezerxeber.az xəbər verir ki, 21 yaşlı gənc özündən 16 yaş böyük kişini öldürməkdə şübhəli bilinir.
Hadisə Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində baş verib.
Ötən gün saat 23 radələrində 37 yaşlı Səid Əhmədovun aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada ölməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub.
Məmmədəli Əmirxanov iş üzrə şübhəli şəxs qismində saxlanılıb. Hazırda ibtidai istintaq davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.