İşçilərin ezamiyyə qaydalarında dəyişiklik edilib.
Xezerxeber.az xəbər verir ki, yeni qaydalara əsasən ölkə daxilində dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5 %-i qədər vəsait ödəniləcək. Yalnız yaşayış yeri ilə təmin edildiyi hallarda ona ödəniləcək vəsait hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 30 %-i, yalnız yeməklə təmin edildiyi hallarda isə 75 %-i qədər olacaq.
Yeni qaydalarda rəhbər işçilərin ezam edilməsi ilə bağlı da dəyişiklik var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.