Əvvəlcə kafedə yeyib içiblər, daha sonra mübahisə ediblər.
Xezerxeber.az xəbər verir ki, kafedən kənarlaşan kimi biri digərini bıçaqlayıb. Ağır cinayət gecə paytaxtın Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində baş verib.
37 yaşlı Azər İbrahimovu qətlə yetirməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməldaşları baxış keçiriblər.
Məlumatlara görə, qətlə yetirilən Azər İbrahimovla hadisəni törətməkdə şübhəli bilinən şəxs illər əvvəl eyni cəzaçəkmə müəssisəsində olublar. Yəni onların tanışlığı həbsxanada başlayıb.
Faktla bağlı cinayət işi başlanıb. Hazırda polis cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarını aparır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.