Zirzəmini kanalizasiya suları basıb, mənzillərə siçovullar darışır.
Xezerxeber.az xəbər verir ki, söhbət Abşeron rayonu ərazisindəki məcburi köçkünlər şəhərciyindən gedir.
Bina sakinlərinin sözlərinə görə, qurunt və kanalizasiya suları zirzəmini bərbad hala salıb. Üfunətdən mənzillərdə yaşamaq mümkün deyil. Hətta vəziyyət o yerə çatıb ki, bina sakinlərindən bir neçəsi mənzili tərk edərək Sumqayıt şəhərində ev kirayələyiblər.
Onlar bildirir ki, dəfələrlə aidiyyətı quruma müraciət edilsə də, lakin hələ bir tədbir görən yoxdur.
Sumqayıt su kanal idarəsinin əməkdaşları çəkiliş vaxtı əraziyə gəldilər. Zirzəmiyə baxış keçirildi və problemin həlli üçün qısa vaxt ərzində tədbirlərin görüləcəyi vurğulandı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.