Cəlilabadda toy karvanında ağır qəza baş verib, nəticəsi ölüm olub.
Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib. Toy karvanında hərəkətdə olan minik avtomobili içərisində bəyin olduğu avtomobillə toqquşub.
Qəza nəticəsində bir nəfər ağır bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, qəzada ağır xəsarət alan sərnişin - 73 yaşlı Əzizağa Xudiyevin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Qəbələdə isə avtomobil 9 yaşlı uşağı vurub.
Hadisə Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonunun Aydınqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Sürücü Təbib Təbibov idarə etdiyi avtomobillə yolu keçən piyada - 2015-ci il təvəllüdlü uşağı vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.