Xəzər Xəbər

8 noyabr prospektində təmir işləri nə vaxt yekunlaşacaq? VİDEO

Veb TV | 21:20 • 13 Oktyabr 2024
8 noyabr prospektində təmir işləri nə vaxt yekunlaşacaq?

Paytaxtın 8 noyabr prospektində təmir işlərinın yekunlaşacağı tarix məlum olub.

Xezerxeber.az xəbər verir ki, hazırda işlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmayıb..

Tikinti işləri ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən  "Xəzər Xəbər"ə bildirildi ki, hazırda prospekt boyunca ümumi hərəkətə maneə yaradılmadan piyada səkilərinin, velosiped zolağının və bufer zonanın, həmçinin yol ayrıcının tikintisi istiqamətində işlər davam etdirilir. Bu işlərin tam olaraq bu ayın sonunadək yekunlaşdırılması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti