Bakıda qadın iynədən şoka düşərək ölüb.
Xezerxeber.az xəbər verir ki, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yeni yaşayış massivində baş verib
Mərhumun qardaşı Kazım Əziz deyir ki, bacısı ayaqda aşağı ətrafların trombozu xəstəliyindən əziyyət çəkirmiş. Bir müddət öncə Zülfiyyə Nəcəfova Sabunuçudakı "MEDİCARE HOSPİTAL"a müraciət edib. Ailəsinin iddiasına görə qadın adıçəkilən hospitalda çalışan mütəxəssislərin yanlış müalicəsi nəticəsində dünyasını dəyşib.
Kazım Əziz qeyd edib ki, onlar saatlarla Təcili Tibbi Yardımın yolunu gözləyiblər:
Hadisə ilə bağlı TƏBİB -dən sorğumuza cavab olaraq bildirildi ki, həmin vaxt ərazidə azad briqada olmadığı üçün Binəqədi ərazisindən yükləmə olaraq çağırış ünvanına saat 19:23-də əlavə briqada göndərilib.
"Medicare Hospital"ın hüquqşunası Azər Məhərrovov bildirdi ki, mərhum Zülfiyyə Nəcəfova oktyabrın 11- onlara müraciət edib. Həkim Şərqiyyə İbrahimovanın qəbulunda olub, ultrasəs müayinəsindən keçib, ona müalicə üçün resept təyin olunub və evinə yollanıb.
Fakt Sabunçu rayon Prokurorluğu tərəfindən araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.