Xəzər Xəbər

İpoteka fondunun nizamnamə kapitalının artırılması mənzil bazarına necə təsir edəcək? VİDEO

Veb TV | 21:00 • 13 Oktyabr 2024
İpoteka fondunun nizamnamə kapitalının artırılması mənzil bazarına necə təsir edəcək?

İpoteka fondunun nizamnamə kapitalının artırılması daha artıq ipoteka kreditlərinin verilməsinə zəmin yaradacaq.

Xezerxeber.az-ın xəbərinə görə, əmlak eksperti Ramil Qasımzadə deyir ki, nizamnamə kapitalının 980 milyon 700 min manatdan 1 milyard 68 milyon 400 min manata qaldırılması İpoteka və Kredit zəmanət fondunun maddi ehtiyatlarını daha da artır. Eləcə də fonda imkan verir ki, daha artıq ipoteka kreditləri verə bilsin.

Ekspert deyir ki, təbii ki, burada bir sıra məhdudiyyətlər də var.

İpoteka kreditlərinə tələbin yüksək olduğunu deyən ekspert ümumilikdə mənzil bazarındakı qiymətlərə də diqqət çəkib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar