Xəzər Xəbər

Mingəçevirdə oğul atasını döyərək öldürüb VİDEO

Veb TV | 21:36 • 12 Oktyabr 2024
Mingəçevirdə oğul atasını döyərək öldürüb

Oktyabrın 12-i saat 13 radələrində Mingəçevir şəhəri, Sahil küçəsi ünvanında 1960-cı il təvəllüdlü Heydar Nəbiyevin üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Mingəçevir Şəhər Prokurorluğundan Xezerxeber.az-a verilən xəbərə görə, araşdırma zamanı 1992-ci il təvəllüdlü Vüsal Nəbiyevin oktyabrın 11-də axşam saatlarında atası Heydar Nəbiyevi döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Vüsal Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Xəbər lenti