Xəzər Xəbər

"Mobil telefondan istifadə qalxanabənzər vəzdə xərçəng yaradır" VİDEO

Veb TV | 21:48 • 12 Oktyabr 2024
"Mobil telefondan istifadə qalxanabənzər vəzdə xərçəng yaradır"

Son dövrlər uşaqlar və gənclərdə qalxanabənzər vəzin xərçəngi artıb.

Xezerxeber.az-ın məlumatına görə, bu iddianı ölkədəki endokrinoloqlar irəli sürüblər.

Onlar bildirirlər ki, ətraf mühitdə artan şüalanma, xüsusən də mobil telefon və digər elektron cihazlardan istifadə uşaq və yeniyetmələr arasında endokrin problemlərin artmasına səbəb olur.

Endokrinoloqun sözlərinə görə, uşaq və yeniyetmələrdə radiomaqnit dalğaların təsirindən yaranan dəyişikliklər böyüklərə nisbətdə daha çoxdur.

Endokrinoloq Mədinə Dilbazi bildirir ki, endokrin problemlərin yaranmaması üçün uşaqları mobil telefondan uzaq tutmaq, yaxud da ən azından şüa yaymayan ekran qoruyucularından istifadə etmək məsləhətdir. Həmçinin ətrafdakı şüalanmanı azaltmaq üçün yuxudan iki saat əvvəl mobil cihazları söndürmək vacibdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar