Masallı rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyada həyatını itirib.
Xezerxeber.az xəbər verir ki, hadisə gecə saatlarında köhnə Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Astara istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Masallı rayonunun Sərçuvar kənd sakini Məhərrəm Əlihüseyn oğlu Seyfiyevi vurub.
Sürücü, ağır xəsarət alan piyadanı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırsa da, piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Yaxınlarının sözlərinə görə, Məhərrəm Seyfiyev kənddə avtomobil ustası işləyib. Hadisə baş verən zaman da o, yolda qalan nasaz nəqliyyat vasitəsini təmir edib və evinə geri dönərkən minik avtomobili vurub.
Şəkidə isə yeniyetməni minik avtomobili vuraraq öldürüb.
Hadisə Şəki-Qax yolunun Qoxmuq kəndindən keçən hissəsində baş verib.
Ülvi Salamzadə idarə etdiyi avtomobillə yolu keçən piyadanı, 15 yaşlı Asim Abdurahmanlını vurub. Ağır xəsarətlər alan piyada Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.