Üç aydan çoxdur ki, tikintisi aparılan metronun “28 May” stansiyasının qarşısında parkın salınması ilə bağlı işlər davam etdirilir.
Xezerxeber.az-ın məlumatına görə, ərazidə əvvəlcə köhnə asfalt örtüyü və səki daşları ərazidən qaşınaraq daşınıb. Hazırda layihə üzrə dəmir konsturuksiyaların quraşdırılması işləri aparılır.
Xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihəyə əsasən burada piyadaların hərəkəti üçün təhlükəsiz zona da yaradılacaq. Ərazinin bir hissəsində yalnız ictimai nəqliyyatın hərəkətinə icazə veriləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı regional idarəsinin müdir müavini Tərlan Səfərov bildirib ki, təmsil olunduğu qurum tərəfindən hərəkətin yenidən təşkili və piyadaların təhlükəsizliyi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Onun sözlərinə görə, "28 May" stansiyasının qarşısında yerləşən ərazidə yenidənqurma işləri tamamlanmaq üzrədir. Layihə AYNA-nın təklifi əsasında Nəqliyyatı Əlaqələndirmə Şurasında razılaşdırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.