Qaranlıq tunelə daxil olan sürücülər kanalizasiya quyusunun qapaqsız olmasından xəbərsizdilər.
Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsindən gedir.
Sürücü Nurlan Bağırov deyir ki, ötən gün Əmrulla Əliyev küçəsində olan tuneldən keçərkən avtomobili üstü açıq olan kanalizasiya quyusuna düşüb. Dərinliyi təxminən 1 metrə qədər olan quyu onun avtomobilinə ziyan vurub.
Zərərçəkmiş deyir ki, bu hadisə zamanı avtomobilinin alt işlək hissələri, təkəri və sağ qanadı əzilib.
Ərazidə yaşayanlar da tuneldə belə vəziyyətin yaranmasından narahatdırlar. Deyirlər ki, kanalizasiyanın dəmir barmaqlıqlarını tüfeyli həyat tərzi sürən şəxslər oğurlayıb, metal qəbulu yerlərinə satırlar.
Sakinlər deyirlər ki, bir neçə ildir tuneldə belə vəziyyət yaranıb. Bəs niyə istifadəyə verilsə də tunel nəzarətsiz qalıb? Həmin tunel ''Azərbaycan Dəmiryolları'' QSC-tərəfindən inşa edilib. Məsələ ilə bağlı qurumdan ''Xəzər Xəbər''ə bildirdilər ki, dəmir barmaqlıqlar oğurlanıb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. ''Qısa zamanda tuneldə barmqalıqlar yenidən təchiz olunacaq','-deyə qurumdan bildirdilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.