Yevlaxda minik maşını yük avtomobili ilə toqquşub, nəticədə polis əməkdaşı dünyasını dəyişib.
Xezerxeber.az-ın məlumatına görə, dəhşətli qəza Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində baş verib.
Yük maşınına çırpılan minik avtomobili zərbənin gücündən deformasiyaya uğrayıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisə zamanı minik avtomobilinin sürücüsü 34 yaşlı Cavid İsmayılzadə dünyasını dəyişib.
Qeyd edək ki, qəza zamanı həyatını itirən polis zabiti Cavid İsmayılzadə məzuniyyətdə olub. O, Nərimanov Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini idi.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə isə piyada vurulub. Hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını 90 yaşlı Daşdəmir Məmmədovu vurub. Piyada xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Fakt araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.