Xəzər Xəbər

Bakıda şagird sinif yoldaşının başına xəsarət yetirib VİDEO

Veb TV | 20:54 • 10 Oktyabr 2024
Bakıda şagird sinif yoldaşının başına xəsarət yetirib

Bakıdakı 212 nömrəli tam orta məktəbdə V sinif şagirdinin tənəffüs zamanı sinif yoldaşını itələdiyi bildirilir. Valideynin iddialarına görə, hadisə zamanı yerə yıxılan övladı baş nahiyəsindən xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, şagirdin valideyni Xatirə Nəsirova deyir ki, indi uşağı məktəbə göndərməyə qorxur. Çünki orada övladının təhlükəsizliyindən əmin deyil.

Sözügedən şagirdlərin sinif rəhbəri Elnarə Teyyublu bildirib ki, o, 5d sinfini yenicə götürsə də, hadisəni törətdiyi iddia edilən şagir haqda kifayət qədər məlumatlıdır. Həmin şagirdin məktəbdə  özünü aqressiv apardığını hamı bilir. 

Valideyn Xatirə Nəsirova məsələ ilə bağlı polisə şikayət ədib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ ilə bağlı ərazi üzrə müvafiq polis şöbəsində araşdırma aparılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə qeyd edildi ki, məktəb rəhbərliyi hər iki valideynlə görüş keçirib. Aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar